İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 28 may 2022, İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Yayın: 28 Mayıs 2022 Bugün, GÜNDEM Google News

İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

28 may 2022,

İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Hulusi Akarın səfərinin hərbi sahədə əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Türkiyənin milli müdafiə naziri 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Qeyd edildi ki, bu bayram günündə də bir yerdə olmağımız qardaşlıq rəmzidir.

Söhbət zamanı Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Festivalının önəminə toxunuldu və bu tədbir yüksək səviyyəli münasibətlərimizin bariz nümunəsi kimi qiymətləndirildi.

Görüşdə digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımızın uğurla davam etdiyi qeyd olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Böyük ölçüdə şəkillər

BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/56237

Son Güncelleme: 28 Mayıs 2022