Azərbaycan “Dajınki–2025” bayramında

Azərbaycan “Dajınki–2025” bayramında , 2025 Azərbaycan “Dajınki–2025” bayramında Belarusun Vileyka şəhərinin Dolqinovo kəndində “Dajınki–2025” regional məhsul bayramı keçirilib..
Azərbaycan “Dajınki–2025” bayramında
Yayın: 09 Ekim 2025 GÜNDEM Google News

Azərbaycan “Dajınki–2025” bayramında

, 2025

Azərbaycan “Dajınki–2025” bayramında

Belarusun Vileyka şəhərinin Dolqinovo kəndində “Dajınki–2025” regional məhsul bayramı keçirilib. Tədbirdə milli yeməklər, kənd təsərrüfatı məhsulları, əl işləri nümayiş etdirilib.

Azərbaycan İcmaları Konqresinin ilk dəfə olaraq təşkil etdiyi “Belarus və Azərbaycan: iki ölkənin bərəkətli payızı” adlı sərgidə Azərbaycan mətbəxinin nümunələri, milli geyimlər təqdim olunub. Təşkilatın üzvləri Camal Nağıyev və Cəmilə Əliyeva iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və turizm imkanları barədə ətraflı məlumat veriblər.

 

https://x.com/DiasporaAz/status/1975544477361336379

 

Konqresin Qrodno şəhəri üzrə nümayəndəliyin rəhbəri Elxan Bəylərov və Maksim Tank adına Belarus Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimov tədbir iştirakçılarına Konqresin sədri Natiq Bağırovun bayram təbriklərini çatdırıblar.

 

https://x.com/DiasporaAz/status/1975544477361336379

 

Çıxışçılar “Nar bayramı”nı Vileyka sakinləri ilə birgə qeyd etməkdən məmnunluq duyduqlarını bildirib, məhsul yığımında zəhmətin və əmək ənənələrinin əhəmiyyətini vurğulayıblar.

Sonda Konqres nümayəndələrinə Vileyka Rayon İcraiyyə Komitəsinin sədri Anatoli Zavatskının adından mükafatlar təqdim olunub.

Foto qalereya

 

 

https://x.com/DiasporaAz/status/1975544477361336379

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-dajinki-2025-bayraminda-6189

 

 

https://x.com/DiasporaAz/status/1975544477361336379

Son Güncelleme: 09 Ekim 2025