Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Bursa °C

Amerikalı senator Mirzə Ələkbər Sabirin nəticəsinin müraciətini cavablandırıb

Amerikalı senator Mirzə Ələkbər Sabirin nəticəsinin müraciətini cavablandırıb
REKLAM ALANI
01.10.2022
A+
A-

Amerikalı senator Mirzə Ələkbər Sabirin nəticəsinin müraciətini cavablandırıb
1 oktyabr, 2022

Açıklama yok.

Amerikalı senator Mirzə Ələkbər Sabirin nəticəsinin müraciətini cavablandırıb
ABŞ senatoru Tim Keyn Azərbaycan icmasının fəal üzvü Türkan Tahirlinin Ermənistanın son hərbi təxribatları ilə bağlı müraciətinə cavab verib.

Senatorun cavab məktubunda bildirilib ki, bu il Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. İki ölkənin xalqlarının uzun illər ərzində məhsuldar əlaqələri paylaşdığına, ABŞ-la Azərbaycan arasında sıx ikitərəfli iqtisadi əlaqələrin mövcud olduğuna, Kosovo, İraq və Əfqanıstandakı beynəlxalq sülhyaratma əməliyyatlarında tərəfdaşlıq etdiyinə və Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsi sahəsində birgə əməkdaşlığına diqqət cəlb edilib.

ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Azərbaycanla Ermənistan arasında sülh və barışın əldə olunması səylərinə kömək etməyə çalışdığı, ölkələrin əksəriyyətinin Qarabağ münaqişəsinin sülh və diplomatik həlli yollarını axtardığını, eyni zamanda ABŞ-ın əlaqəli şəkildə Dağlıq Qarabağda humanitar və minatəmizləmə səylərini dəstəklədiyi vurğulanıb.

Açıklama yok.

ABŞ Senatının 2022-ci ilin martında Dağlıq Qarabağda minatəmizləməyə 2 milyon ABŞ dollarının ayrılmasına dair hərtərəfli təxsisat paketi qəbul etdiyini xatırladan senator bu addımı dəstəklədiyindən məmnun olduğunu, eləcə də ABŞ-ın minasızlaşdırma səylərinin etibarlı şəkildə maliyyələşdirilməsinin, o cümlədən belə yardımın bütün Dağqlı Qarabağ regionuna göstərilməsini dəstəklədiyini söyləyib: “Təhlükəli mina sahələri və döyüş əməliyyatları nəticəsində çirkləndirilmiş ərazilər humanitar risklər yaradır və torpağın səmərəli istifadəsinə əngəldir”.

Amerikalı senator Mirzə Ələkbər Sabirin nəticəsinin müraciətini cavablandırıb

Tim Keyn hazırda Cənubi Qafqaz bölgəsində vəziyyətin qeyri-sabit qalmasını münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün Ermənistan və Azərbaycan liderlərinin birgə işləməsi zərurəti baxımından “ağrılı xatırlatma” kimi dəyərləndirib.

“Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olaraq sizin fikirlərinizi nəzərə alacağam və ABŞ-la Azərbaycan arasındakı mühüm əlaqələri dəstəkləməkdə davam edəcəyəm”, – deyə senator əlavə edib.

Qeyd edək ki, Türkan Tahirli Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin nəticəsi, tanınmış jurnalist Gündüz Tahirlinin qızıdır. 2014-cü ildən ailəsi ilə birlikdə ABŞ-da yaşayır. O, Virciniya ştatındakı Corc Meyson Universitetinin məzunudur. Bu ilin avqustunda Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

Kaynak:http://diaspor.gov.az/az/news-detail/amerikali-senator-mirze-elekber-sabirin-neticesinin-muracietini-cavablandirib-1586

REKLAM ALANI
Arabic Arabic Azerbaijani Azerbaijani Dutch Dutch English English French French German German Russian Russian Turkish Turkish