Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Bursa °C

Avropada süni ürək aparatı kəşf edən azərbaycanlı həkim: “Gələcəkdə fəaliyyətimi Azərbaycanda davam etdirmək fikrindəyəm”

Avropada süni ürək aparatı kəşf edən azərbaycanlı həkim: “Gələcəkdə fəaliyyətimi Azərbaycanda davam etdirmək fikrindəyəm”
REKLAM ALANI
23.11.2023
A+
A-

 

 

 

 

Avropada süni ürək aparatı kəşf edən azərbaycanlı həkim: “Gələcəkdə fəaliyyətimi Azərbaycanda davam etdirmək fikrindəyəm”

 

 

 

, 2023
Avropada süni ürək aparatı kəşf edən azərbaycanlı həkim: “Gələcəkdə fəaliyyətimi Azərbaycanda davam etdirmək fikrindəyəm”

 

 

 

Almaniyanın “Helios Krefeld” klinikasında kardiocərrah işləyən, əslən Füzuli rayonundan olan Dr. Cavid Fətullayev bu günlərdə Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunun iştirakçısı olub.

 

 

 

 

O, xaricdə yaşayan azərbaycanlı həkimlərin ən azı ildə bir dəfə görüşüb təcrübə mübadiləsi aparmasını çox gözəl təşəbbüs adlandırıb: “Bu təşəbbüsü ərsəyə gətirən hər kəsə öz təşəkkürümü bildirirəm. Forum çox gözəl təşkil olunub və biz burada yeni insanlarla tanış olmaq imkanı qazanırıq. Digər tərəfdən, dövlətimizin göstərdiyi qayğının şahidi oluruq. Berlinin mərkəzində gözəl bir binada bu forumun keçirilməsi həqiqətən də çox təqdirəlayiq bir hadisədir. Burada çox maraqlı təqdimatlar oldu, yeni terapevtik məsələlər ortaya çıxdı. Təəssüf ki, belə müzakirələr hər zaman olmur. İstərdik ki, bu cür tədbirlər tez-tez olsun, təcrübəmiz artsın, dünyaya baxışımız genişlənsin, yeni sahələrə marağımız oyansın”.

 

 

 

C.Fətullayev əmin olduğunu bildirib ki, Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu təkcə həkimlər üçün deyil, həm də tələbələr üçün də çox faydalıdır: “Burada onların da imkanı var ki, öncül texnologiyalarla tanış olsunlar, bu sahədə çalışan mütəxəssislərlə birbaşa danışmaq imkanları yaransın. Təşkilatçılara, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm. İnanıram ki, önümüzdəki illərdə də belə böyük forumlar keçiriləcək və bu, gələcəkdə həm Almaniya, həm də Azərbaycan üçün mütəxəssislərin yetişməsində çox böyük rol oynayacaq. Mən Qarabağdakı quruculuq işləri ilə də yaxından maraqlanıram və gələcəkdə öz fəaliyyətimi Azərbaycanda davam etdirmək fikrindəyəm”.

 

 

 

Qeyd edək ki, Avropada süni ürək aparatı kəşf edən azərbaycanlı həkim Cavid Fətullayevin Almaniyadakı fəaliyyəti ilə “Vətən uzaqda deyil” proqramının aşağıdakı buraxılışını izləməklə tanış olmaq olar.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/avropada-suni-urek-aparati-kesf-eden-azerbaycanli-hekim-gelecekde-fealiyyetimi-azerbaycanda-davam-etdirmek-fikrindeyem-3836

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.