Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Bursa °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “ Prinsipial mövqe..”, ÖZEL

REKLAM ALANI
25.07.2023
A+
A-

Açıklama yok.

 

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “
Prinsipial mövqe..”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov,

Ötən həftə Milli Mətbuat Günü ərəfəsində keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu Şuşanın Azərbaycan dövləti üçün, xalqı üçün nə qədər önəm daşımasını bir daha göstərdi. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin simvoludur.

Şuşa nadir, misilsiz bir məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir. Bu şəhər qaya üzərində qurulub, qədim şəhərdir. Şuşa həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır. Şuşanın bərpası başlanılıb. Bir müddət öncə Baş plan təsdiq edilib, artıq ilk yaşayış layihəsi icra olunur. Həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar.
Ölkə başçısı İlham Əliyev Şuşa ilə bağlı əksər çıxışıarında bildirib ki, 3-4 il ərzində Şuşa təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacaq. Şuşanın infrastrukturu inkişaf etdirilir. Ermənilər qaçarkən Şuşada supaylayıcı şəbəkəni dağıtmışdılar. Ona görə də şəhərdə sıfırdan yeni supaylayıcı sistemi qurulub. Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulub, yeni yollar yaradılıb. Cənab Prezident bu ilin sentyabr ayında Şuşada min şagird yerlik məktəbin açılışının və ilin sonuna 90 çarpayılıq xəstəxananın hazır olacağının anonsunu verdi.

Zəfər qələbəsindən bizi 3 ilə yaxın zaman ayırsa da, bizə qarşı bu gün yenə də kampaniya davam edir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik. Vətən Müharibəsində olduğu kimi, yenə informasiya müharibəsində sayıqlığımızı bir an olsa itirməməliyik. Bu çətin və şərəfli işdə medianın da üzərinə böyük yük düşür.

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında qeyd etdiyi kimi, Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.

Zamanın tələbinə uyğun olaraq qloballaşan dünyada sosial medianın rolu durmadan artır. Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır. Sosial media cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Sosial media və ənənəvi KİV-lər adekvat idarəetmənin meyarıdır. Məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır.
Sosial medianı izləyəndə şahid oluruq ki, qaçqın və məcburi köçkünləri ən çox maraqlandıran sual doğma torpaqlarına nə zaman qayıtmaları ilə bağlıdır.

Cənab Prezidentin qeyd etdiyi kimi, işğaldan azad olan ərazilərimizdə minatəmizləmə prosesi ən böyük əngəldir. Minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıb. Minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Azərbaycana təqdim olunmuş xəritələrin dəqiqliyi heç 25 faiz deyildi.Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq. ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir.

Amma keçən hər gün insanların doğma yurd yerlərinə qayıdışını biraz da sürətləndirir.
Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insan qayıdacaq. 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınıb. Vətəndaşlarımız doğma torpaqlarına qayıtdıqca regional inkişaf məsələsi də gündəmə gəlir.

Regional inkişaf Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır.

Biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik. Zamanın tələbidir ki, dialoq eşidilməyən yerdə güc öz sözünü deyir. Azərbaycan öz hərbi üstünlüyünü hər zaman nümayiş etdirib. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, habelə nəzarət-buraxılış məntəqəsinin açılışı üstünlüyümüzün sübutlarıdır.

Ölkəmiz demək olar ki, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması işlərinə köklənib. Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Cənab Prezident üçün prinsipial məsələ işğaldan əziyyət çəkən 1 milyon insanın öz dədə-baba torpaqlarına qayıtmasıdır. Növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır.

Ermənistanla münasibətlərin tənzimlənməsində biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq. Yüksək risk zonası təkcə ekspertlərin qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə imkanlarıdır. Bunlar birbaşa olaraq xarici sərmayələrlə bağlı məsələdir. İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar.

Əldən düşmüş, gözü xarici ölkələrin verdikləri yardımlarda qalan Ermənistan bu nüansları nəzərə alsa, o zaman vətəndaşlarına ən böyük yaxşılıq etmiş olar. Xalqını, vətəndaşını düşünən ölkə rəhbəri, liderə sahib olmaq şans məsələsidir.

Ülker Piriyeva/ Azerbaycan

 

Açıklama yok.

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.