Diaspor gəncləri üçün “Müasir dövrün səriştələri: ünsiyyət bacarıqları, təqdimat bacarıqları, emosional zəka” mövzusunda təlim keçirilib
, 2025
Diaspor gəncləri üçün “Müasir dövrün səriştələri: ünsiyyət bacarıqları, təqdimat bacarıqları, emosional zəka” mövzusunda təlim keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkilatçılığı ilə Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində gənclərin fərdi inkişafına yönəlmiş tədbirlərdən biri də “Müasir dövrün səriştələri: ünsiyyət bacarıqları, təqdimat bacarıqları, emosional zəka” mövzusunda təlim olub. Təlimi ekspert Anar Həsənov keçib.
https://x.com/DiasporaAz/status/1953815448790663655
Təlim iştirakçılarda müasir dövrün peşələrində və ictimai həyatında vacib sayılan bacarıqları inkişaf etdirmək, onlara öz ideyalarını daha dolğun çatdırmaq, auditoriya qarşısında nitq söyləmək, eyni zamanda emosional vəziyyətləri düzgün qiymətləndirmək kimi qabiliyyətləri aşılamaq məqsədini daşıyıb.
https://x.com/DiasporaAz/status/1953815448790663655
İştirakçılara şəxsi və ictimai həyatda uğur qazanmaq üçün lazımi əsas bacarıqlar, effektiv ünsiyyət qurmaq, özünü düzgün təqdim etmək, eləcə də emosional zəkanı düzgün yönləndirmək barədə həm nəzəri biliklər, həm də praktiki nümunələr təqdim olunub. Təlimdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
https://x.com/DiasporaAz/status/1953815448790663655
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/diaspor-gencleri-ucun-muasir-dovrun-seristeleri-unsiyyet-bacariqlari-teqdimat-bacariqlari-emosional-zeka-movzusunda-telim-kecirilib-6060
https://x.com/DiasporaAz/status/1953815448790663655
При поддержке «Единой России» в Ижевске в 2025 году отремонтировали 22 проезда
Ilham Aliyev held limited format meeting with Prime Minister of Pakistan
Birleşik Rusya’nın desteğiyle Sivastopol’da “Hadi Arkadaş Olalım” adlı çocuk festivali düzenlendi
President Kassym-Jomart Tokayev holds talks with U.S. President Donald Trump
Cumhurbaşkanı Kasım-Jomart Tokayev, ABD Başkanı Donald Trump ile görüştü
Message from Asfa Holding Chairman Asaf Atasoy on November 10th Atatürk Commemoration Day