Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Bursa °C

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun nümayəndələri Dövlət Komitəsində

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun nümayəndələri Dövlət Komitəsində
REKLAM ALANI
16.07.2024
A+
A-

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun nümayəndələri Dövlət Komitəsində

16 iyul, 2024

 

https://x.com/DiasporaAz/status/1813203153430454751

 

 

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun nümayəndələri Dövlət Komitəsində olublar

 

https://x.com/DiasporaAz/status/1813203153430454751

 

 

Qazaxıstanda diaspor sahəsində təmsil olunan soydaşların, həmçinin dövlət strukturlarında və media qurumlarında çalışan qazax milliyyətli nümayəndələrin “Prezidentlərin izi ilə!” şüarı altında Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.

 

https://x.com/DiasporaAz/status/1813203153430454751

 

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlk olaraq Azərbaycan-Qazaxıstan dostluğunu və Qazaxıstanda yaşayan Azərbaycan icmasının keçirdiyi tədbirləri əks etdirən videoçarx nümayiş olunub.

 

https://x.com/DiasporaAz/status/1813203153430454751

 

 

Tədbiri giriş sözü ilə açan Komitə sədri Fuad Muradov qonaqları salamlayıb, Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, Koordinasiya Şuraları, avqust ayında Laçında keçiriləcək Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında məlumat verib. Bir çox sahələrdə olduğu kimi, diaspor və lobbiçilik sahəsində də Azərbaycan-Qazaxıstan əməkdaşlığının yüksək səviyyədə davam etdiyini bildirib. Komitə sədri 44 günlük Vətən müharibəsində Qazaxıstanda yaşayan Azərbaycan icması tərəfindən çoxsaylı dəstək məktubları və müraciətlərinin daxil olduğunu vurğulayıb. Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasının vacib proseslərdən biri olduğunu qeyd edib. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışının ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvolu olduğunu söyləyib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Şakir Səlimov çıxışında görüşün əhəmiyyətindən, Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan, Qazaxıstanla Azərbaycan arasındakı səmimi münasibətlərdən, dərin tarixi bağlardan bəhs edib.

Kostanay vilayəti “Birlik” Etnomədəni Birliyinin sədri Rafael Hacıbalayev Azərbaycan-Qazaxıstan münasibətlərinin genişləndirilməsi istiqamətində hər cür dəstəyin göstərilməsinə hazır olduqlarını qeyd edib.

Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin rəhbəri Ramilə Mustafayeva, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı şəhər filialının rəhbəri Qəhrəman Sadıyev, Mangistau vilayəti “Dostluq” Etnomədəni Birliyinin rəhbəri Şəmsəddin Hüseynov, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədr müavini Allahverdi Məmmədov, Canbul vilayətinin Azərbaycan Etnomədəni Birliyinin sədri Tacir Abdullayev, Qazaxıstan yazıçısı Nasixa Gumarkızı və digər diaspor nümayəndələri də çıxış edərək ürək sözlərini deyiblər. Onlar çıxışlarında Azərbaycana səfərdə olmaqdan məmnunluqlarını ifadə edib, iki qardaş ölkə arasında münasibətlərinin yüksələn xətlə inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Görüş xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

FOTO QALEREYA

 

 

https://x.com/DiasporaAz/status/1813203153430454751

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/qazaxistanda-fealiyyet-gosteren-diasporumuzun-numayendeleri-dovlet-komitesinde-olublar-4942

 

 

 

https://x.com/DiasporaAz/status/1813203153430454751

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.