Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Bursa °C

Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabı nəşr edilib

REKLAM ALANI
24.07.2023
A+
A-

 

 

 

Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabı nəşr edilib

 

 

 

Xaricdə böyüyən nəslin Azərbaycana daha da bağlı olması məqsədilə müxtəlif ölkələrdə 60-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəblərində uşaqlara Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, incəsənəti tədris olunur.

 

 

 

 

 

Yenicə çapdan çıxmış “Azərbaycan dili” kitabı xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanması və inkişaf etdirilməsinə dəstək məqsədilə hazırlanıb. Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olaraq ərsəyə gəlmiş bu kitab xaricdə yaşayan 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında azyaşlı soydaşlarımızın yaş səviyyəsi, dünyagörüşü, maraq dairəsi, Azərbaycan dilində ünsiyyət qurmaq üçün zəruri ehtiyacları nəzərə alınıb. Xaricdə anadan olan və böyüyən uşaqların Azərbaycan dilini daha yaxşı mənimsəməsi məqsədilə kitabdakı materialların təqdimatı zamanı sadədən mürəkkəbə doğru prinsipinə riayət olunub. Kitabda həm qrammatik mövzular, həm də oxu materialları müxtəlif şəkillərin köməyi ilə izah olunub. Kitab 37 bölmədən ibarətdir. Hər bölmə həm qrammatik, həm də danışıq üçün müxtəlif səpkili tapşırıqlardan təşkil edilib. Kitabın sonunda, artıq müəyyən qədər dil bacarıqları qazanmış şagirdlər üçün əlavə oxu mətnlərinə də yer verilib. Eyni zamanda, müxtəlif sahələrə aid söz və ifadələrin 4 dildə tərcüməsi təqdim olunub. Mövzuların təqdimatında Azərbaycanın milli dəyərlərinə aid materiallara üstünlük verilib və kitabda heç bir yardımçı dildən (xarici dildən) istifadə edilməyib.

 

 

 

 

 

 

 

Qeyd edək ki, xaricdə yaşayan 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş “Azərbaycan dili” kitabı ilk nəşrdir. Gələcəkdə yuxarı sinif şagirdləri üçün, eyni zamanda dilimizin qrammatik və orfoqrafik qaydalarını daha geniş əhatə edən yeni kitabların hazırlanması nəzərdə tutulur.

 

“Azərbaycan dili” kitabının elektron variantı
Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabının elektron variantını əldə etmək üçün qeydiyyatdan keçin. Qeydiyyat tamamlandıqdan dərhal sonra yükləmək üçün müvafiq link qarşınıza çıxacaq.
Ad, soyad*(required)
First
Last
Yaşadığınız ölkə*(required)
Country
E-mail

 

kaynak:https://diaspor.gov.az/xeberler2020/x1169.php

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.